“Sumqayıt” klubunu həlledici oyunlardan biri gözləyir. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Premyer Liqanın 34-cü turunda futbolçularımız “Səbail”i qəbul edəcəklər. Matç 12 may saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda keçiriləcək. Oyun “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 51 xalı olan “Sumqayıt” hazırda 4-cü pillədədir.