Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (UGİMŞM) şahmat idman növü üzrə tempo turniri keçirilib. Bu haqda 6 may tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub. Qalib və mükafatçılar medal və diplomlarla təltif olunublar.
Yarışın keçirilməsində məqsəd şahmat idman növünün şəhərdə təbliği və inkişafını artırmaqdan ibarətdir.