“Sumqayıt” futbol klubunun zədəli oyunçusu yaxın günlərdə komanda ilə məşqlərə başlaya bilər. Bu haqda Sportinfo.az-a istinadən xəbər veririk.
Söhbət 5 aydır ki komandadan uzaq düşən Elvin Bədəlovdan gedir. 26 yaşlı futbolçu, son durumu ilə bağlı açıqlamasında hələ ki fərdi məşqlər etdiyini, həkimlər icazə verəcəyi təqdirdə isə komanda ilə məşqlərə başlayacağını bildirib.
Xatırladaq ki, Premyer liqanın 5-ci turunda, "Qəbələ" ilə matçın 20-ci dəqiqəsində Bədəlov ciddi zədə aldığı üçün əvəzlənmişdir.