“Sumqayıt”ın gənc futbolçusu Belçikaya gedə bilər. Sumqayıt24 bu haqda 4 may tarixində Rekord.az-a istinadən xəbər verir.
Nihad Əhmədzadə ilə bir neçə klub ciddi maraqlanır və keçidinə bu ilin əvvəli nail olmaq istəyirdi. Lakin futbolçunun 18 yaşına çatmaması gedişinə problem yaradırdı. Azərbaycan Avropa Birliyinin üzvü deyil və bura üzv olmayan ölkənin futbolçuları üçün işçi vizası almaq daha çətindir.
Amma yayda Nihadın 18 yaşı tamam olacaq. Bu proses də müsbət yönə doğru sürətlənə bilər. Hər şey qaydasında getsə, Əhmədzadə yeni mövsümü Belçikada aça bilər.