Sumqayıt və Bakı idmançıları arasında üzgüçülük idman növü üzrə yarış keçirilib. Sumqayıt24 bu haqda Oxu.az-a istinadən xəbər verir.
Bakı Su İdmanı Sarayında keçirilən birincilikdə 150-ə yaxın 10-14 yaşlı yeniyetmələr mübarizə aparıb. Burada, 400 metr kompleks üzmədən başqa, bütün olimpiya məsafələrində yarışlar keçirilib. Qaliblər diplomlar və medallarla təltif olunublar.
Yüksək nəticələr göstərən üzgüçülər milli komandaya namizədlər siyahısına salınıb. Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, məşqçilər korpusu ən perspektivli idmançıları nəzərdən keçirib. O bildirib ki, öz nəticələri ilə məşqçilər korpusunun diqqətini çəkən üzgüçülərlə işlər davam etdiriləcək.