İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov polis tərəfindən saxlanılıb. Sumqayıt24 bu haqda 26 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Şəxsi axtarış zamanı ondan heroin tapılıb. Həmçinin Ə. Zülfüqarovun taxta sexlərin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.