Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində oğurluq hadisəsi olub. Bu haqda 19 sentyabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Şirinov saxlanılıb. O, qəsəbə ərazisində binalara məxsus 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.