top
Sumqayıtın əfsanəvi “Yuxu” qrupu
06 aprel 2024, 05:19
- ↺ +

Sumqayıtın əfsanəvi “Yuxu” qrupu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtın, hətta Azərbaycanın gəlmiş-keçmiş ən məşhur qruplarından olan “Yuxu” 1988-ci ildə yaradılıb. Bu barədə Sumqayıt24 xəbər verir.

Kollektivin üzvləri tez-tez yuxularında özlərini artıq tanınmış və bacarıqlı musiqiçilər kimi görürdülər. Bu səbəbdən qrupun yaradıcısı bas-gitaraçı İbrahim Emin məhz “Yuxu” adını təklif edib.

Onlar ilk çıxışlarını “Kimyaçılar” sarayında ediblər. “Xəzərin sahilində” mahnısı isə onları daha da məşhurlaşdırdı. Mahnının sözlərini İbrahim Eminin atası yazıb. O. Apa.az-a müsahibəsində bildirmişdi:

“Mən sözlərə atamın icazəsi ilə bəzi düzəlişlər etmişəm. Məsələn, orada “Xəzərin sahilində” əvəzinə “Sumqayıt bağlarında” yazılmışdı”.

“Xəzərin sahilində” mahnısına klip çəkməyə isə keçmiş “ANS” televiziyasının prezidenti Vahid Mustafayev köməklik göstərib. Klipin premyerası elə həmin televiziya kanalında baş tutub.

1989-cu ildə “Yuxu” “Qızıl Payız” festivalının qalibi olub. Festivaldan sonra onlar İstanbula yollanıb və qısa müddət ərzində tanınmağa başlayıblar. Türkiyəyə ilk dəfə gələndə qrup üzvlərinin ümumilikdə 100 dolları olub. Qazanc üçün onlar İstanbulun Laləli qəsəbəsində dəri gödəkcələr satılan mağazada işləyiblər. Bu zaman “Xəzərin sahilində” klipini fransız xanım Paskal görüb. Onları Fransada fəaliyyət göstərməyə dəvət edib. Lakin Fransada müvəqqəti yaşamaq üçün sənədləri ala bilməyən rokçular Türkiyədə qalıblar.

“Yuxu”nun ilk iki albomu Azərbaycanda yazılsa da, bütün albomlar (“Xəzərin sahilində” – 1988-ci il, “Sumqayıt” – 1994-cü il, “Ölümə çarə yox” – 1998-ci il) ilk dəfə Türkiyədə yayımlanıb.

1999-cu ildə İstanbulda baş verən zəlzələdən sonra Türkiyədə musiqi sahəsində böhran yaşanıb. 2001-ci ildə isə “Yuxu” qrupu fəaliyyətini dayandırıb.

Qrup üzvləri fərqli sahələrdə işləməyə başlayıblar. Vokal ifaçısı Zaur Abdullayev Moskvaya köçdü, zərb alətləri ifaçısı Çingiz Eyvazov Bakıda tatu sənəti ilə məşğul olmağa başladı, gitaraçı Namiq Nağdəliyev İstanbulda qalaraq öz musiqi fəaliyyətini fərqli türk qruplarında davam etdirdi. “Yuxu” qrupunun yaradıcısı, bas-gitaraçı İbrahim Emin isə doğma Sumqayıta qayıtdı və 2004-cü ildə “Sirr” qrupunu yaratdı. O, 2 iyul 2019-cu ildə Sumqayıt şəhərində vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Bu gün, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Bu gün, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Bu gün, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Oxşar xəbərlər