“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Bakı-Sumqayıt dəmir yolu infrastrukturu ilə bağlı açıqlama verib. Bu haqda 26 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Onun sözlərinə görə, dəmir yolu infrastrukturu yenidən qurulacaq.
“Hazırda bu məsələ gündəlikdədir və bunun üçün böyük məbləğdə investisiya tələb olunur. Biz həm yenidənqurmanın aparılması, həm də sərnişinlərin qatarla hərəkətinə mane olmamaq üçün plan hazırlayırıq. Təbii ki, bu iki işi birdən həyata keçirmək mümkün deyil. Amma sərnişinlərin çox və az olduğu vaxtları nəzərə alıb, qatar intensivliyini aşağı salaraq bunu reallaşdırmaq mümkün ola bilər”, – deyə QSC sədri bidirib.