Bakı-Sumqayıt avtomobil yolunda baş vermiş qəza zamanı 1 nəfər xəsarət alıb. Bu haqda 28 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobil eyni zolaqdakı “Opel” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə “Opel”də olan sərnişin xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Qəza “Toyota”nın sürücüsünün ara məsafəsini gözləmədiyinə görə baş verib. Yolda tıxac yarandığından avtomobillər evakuator vasitəsilə şosedən uzaqlaşdırılıb.