Bakı–Sumqayıt avtomobil yolunda tıxac müşahidə olunur. Bu haqda 16 mart tarixində Sumqayıt24 xəbər verir.
Sıxlıq avtomobil yolunun hər iki istiqamətində, Ekoloji Nəzarət Postu ilə “20 Yanvar” metro stansiyası arasında yaşanır. Məlumata görə, tıxaca səbəb yolun bir hissəsinin bağlanması olub.