Sumqayıtda dəm qazından boğulma faktı qeydə alınıb. Bu haqda 26 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Ceyranbatan bağları ərazisində baş verib. Şəhər sakini, 63 yaşlı Növrəstə Bədəlova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.