İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli Sumqayıtda olub. Bu haqda 9 aprel tarixində Sumqayıt24 xəbər verir.
Şəhər rəhbəri Zakir Fərəcov qonaqla görüşərək, ona Sumqayıtın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib.
Görüşdən sonra səfir Heydər Əliyev Mərkəzində və Bayraq Muzeyində olub.