Nəriman Nərimanov küçəsində minik maşınında yanğın olub. Bu haqda 26 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə saat 16:30 radələrində “Karvan” ticarət mərkəzinin önündə baş verib. “VAZ-21015” markalı avtomobil qəfil alışmağa başlayıb. Yanğın ətrafdakı insanların köməkliyi ilə söndürülüb. Xəsarət alan olmayıb.