Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Narkotiklərə yox deyək!" adlı tədbir keçirilib. Bu haqda 9 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə gənclər və yeniyetmələr iştirak ediblər. Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov iştirakçılara yeniyetmələr arasında narkotik vasitələrdən istifadənin risk amilləri, insan sağlamlığına mənfi zərəri və təsiri haqqında ətraflı məlumat verib.
Diskussiya formatında keçirilən tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.