Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 26 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ötən gün saat 22:00 radələrində “Ordubad” marketinin qarşısında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Kia” markalı avtomobil “Toyota” markalı maşına çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb.