Sumqayıtda minik avtomobilində yanğın olub. Bu haqda 26 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Şəhər ərazisində "Opel" markalı maşının mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.