Bakı–Sumqayıt yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Bu haqda 9 aprel tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə avtomobil yolunun Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Ford” və “Opel” markalı avtomobillər toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Fakt araşdırılır.