Sumqayıt Dövlət Universitetində (SDU) təhsilalanlarla görüş keçirilib. Bu haqda 9 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Keyfiyyət təminatı və strategiya şöbəsinin rəhbəri Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyəti ilə bağlı ümumi məlumat verib.
Universitetdə keyfiyyətin hərtərəfli təminatında təhsilalanların rolunun mühüm olduğu vurğulanıb və təşkil edilən sorğularda onların aktiv iştirakının əhəmiyyətindən bəhs olunub.
Tədbir görüş iştirakçılarının müxtəlif məzmunlu suallarının cavablandırılması ilə yekunlaşıb.