Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində ağaclar məqsədli şəkildə qurudulur. Bu haqda 18 mart tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Şəhər sakini iddia edir ki, yaşlı ağacların quruması üçün diblərinə neft məhsulu tökülüb.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən haldan xəbərdardırlar və hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.