Sumqayıt Dövlət Dram Teatrında "-1" tamaşasının premyerası olub. Sumqayıt24 bu haqda 9 aprel tarixində xəbər verir.
Gənc rejissor Ümid Abbas bu tamaşanı dünyaşöhrətli yazıçı S. Mrojekin "Mühacirlər" əsəri əsasında ərsəyə gətirib. Musiqi tərtibatı İbrahim Əliyevə, bədii tərtibat Nizami Dadaşova məxsusdur. Obrazları aktyorlar Elay Xasıyev və Kamran Muradlı canlandırırlar.
Premyera öncəsi teatrın foyesində Sumqayıt Dövlət Musiqi Kollecinin musiqiçiləri ifalar səsləndiriblər. Tədbirə şəhərin ziyalıları, şair və yazıçılar, media nümayəndələri qatılıblar.