Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 18 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə binanın 5-ci mərtəbəsində qeydə alınıb. Pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb. Yüksək temperaturdan su borusu 0,5 p.m əriyib.
Yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Alov söndürülüb.