Sumqayıt şəhər 24 nömrəli məktəbində maarifləndirmə tədbiri təşkil olunub. Bu haqda 28 fevral tarixində Sumqayıt24 xəbər verir.
Təhsil müəssisəsinin psixoloqu Aygül Rəşidli yuxarı sinif şagirdlərinə "Məişət zorakılığı və gender əsaslı zorakılıqla birlikdə mübarizə aparaq" mövzusunda təlim keçirib.
Məktəblilərə məişət zorakılığının özünü hansı formalarda büruzə verməsi və bu kimi halların cəmiyyət üçün çox təhlükəli olması barədə ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.