Sumqayıt Sukanal İdarəsi qarın törətdiyi fəsadları aradan qaldırıb. Bu haqda 16 fevral tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin bir sıra prospekt və küçələrində ərimiş qar sularının yığılmaması məqsədilə yağış barmaqlıqlarının üzəri qar örtüyündən təmizlənib. Ərazilərdə idarənin işçi briqadası çalışıb.