Sumqayıtda dirəklər aşıb. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
Hadisə 51-ci məhəllədə (4 nömrəli marşrutun yolu) baş verib. Elektrik dirəklərinin aşma səbəbi dünəndən davam edən yağışlı və küləkli havadır. Yolun üzərində olan elektrik naqilləri sakinlərə təhlükə saçır.