Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq. Bu haqda 16 yanvar tarixində Sumqayıt24 “Azərsu” ASC-yə istinadən məlumat verir.
Fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar olacaq. Şəhərin Bağlar ərazisində içməli su kəsiləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.