Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Qəsəbə Nümayəndəliyinin elan etdiyi tenderə yekun vurulub. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
“H.Z. Tağıyev qəsəbəsi, 5-ci məhəllə və S.Bəhlulzadə küçələrində, asfalt-beton örtüyünün cari təmir işlərinin satın alınması” müsabiqəsinin qalibi “Pro Təmir Tikinti” MMC olub.
Qalib şirkətə 203.196 manat ödəniləcək.