Sumqayıtda səkilər buzdan təmizlənmir. Sumqayıt24 bu haqda 17 yanvar tarixində xəbər verir.
Qar-boranın günlər öncə bitdiyinə baxmayaraq, piyada yollarının vəziyyəti bərbaddır. Şəhərimizin bir çox küçə, məhəllə və mikrorayonlarında səkilərin üzəri hələ də sürüşkəndir. Redaksiyamıza daxil olan məlumata görə, xeyli insan yıxılaraq xəsarət alıb. Sakinlər lazımi tədbirlərin görülməməsindən gileylənirlər.