top
Övladlarınızı həvalə edə biləcəyiniz özəl bağçaları təqdim edirik
02 may 2022, 05:00
- ↺ +

Övladlarınızı həvalə edə biləcəyiniz özəl bağçaları təqdim edirik

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daim işdə olan və övladlarını dayələrə həvalə etmək istəməyən valideynlər üçün Sumqayıt24 şəhərimizdə fəaliyyət göstərən özəl bağçalar haqqına ətraflı məlumatı təqdim edir:

 

“İsmi Nur” bağçası

Bağça həftənin 5 günü 08:00-dan 18:00-dək, şənbə günü isə saat 16:00-dək fəaliyyət göstərir. Burada balacalar gündə 4 dəfə qidalanır. Rus və ingilis dilləri həftədə 2 dəfə tədris edilir. Bundan əlavə, burada uşaqlar üçün şahmat, rəqs və musiqi dərsləri keçirilir.

Bağçaya 1 yaşından yuxarı körpələr qəbul edilir. 2 yaşadək körpələr üçün aylıq ödəniş haqqı 300 manat, 2 yaşdan yuxarı uşaqlar üçün isə 270 manat təşkil edir.

Ünvan: 40-cı məhəllə (Qaz idarəsi ilə üzbəüz);

Əlaqə nömrələri: (070) 366-58-99; (018)657-78-10.

 

"Kaspi” uşaq bağçası

“Kaspi” həftənin 5 günü, səhər saat 09:00-dan axşam 18:00-dək uşaqları qəbul edir. Bu vaxt ərzində onlara proqram şəklində zehni məşğələlər, müxtəlif metodiki, rəsm, musiqi, rəqs, şahmat və üzgüçülük dərsləri keçirilir. Dərs vəsaitləri bağça tərəfindən verilir. İl ərzində müxtəlif gəzinti və tədbirlər təşkil olunur. Aylıq ödəniş Azərbaycan bölməsi üzrə 350, rus bölməsi üzrə isə 400 manat təşkil edir. Burada, həmçinin körpələr üçün həkim var.

Qeyd edək ki, bağçaya uşaqlar 2 yaş 10 aylıqdan etibarən qəbul edilir.

Ünvan: 6-cı mikrorayon, H. Salayev 31A;

Əlaqə nömrəsi: (018) 652-22-88; (070) 652-22-88.

 

"Ləma” uşaq bağçası

“Ləma” bağçasına uşaqlar 2 yaşdan qəbul olunur. Bu bağçada servis  xidmətinin (avtobusla evə çatdırılma) olması, onu təqdim etdiyimiz digər bağçalardan fərqləndirir. Şəhəriçi qiymət 50, Sumqayıt ətrafı (Saray və Ceyranbatan) 60, Tağıyev qəsəbəsi üçün isə 70 manat təşkil edir.

Bağça həftənin 5 günü 08:30-dan 18:00-dək açıq olur. Bir uşaq üçün aylıq ödəniş 400 manat təşkil edir.

Burada uşaqlar üçün şahmat, ingilis dili dərsləri, kompüter məşğələləri, 4 yaşdan böyüklər üçün isə üzgüçülük dərsləri təşkil edilir.

Ünvan: 10-cu mikrorayon (Xəlifə şadlıq sarayının arxa tərəfi);

Əlaqə nömrəsi: (051) 553-64-71.

 

“Mini” uşaq bağçası

Mərkəz Plazada yerləşən “Mini” bağçasına 2 yaş 6 aydan 6 yaşa kimi uşaqlar qəbul edilir. 5 günlük iş qrafiki olan bağça 09:00-dan 13:00-a kimi fəaliyyət göstərir. Burada uşaqlarla erkən inkişaf və məktəbəqədər hazırlıq, ictimai həyat, ətraf aləm və təbiətlə tanışlıq, montessori təlimi, interaktiv oyun saatı – süjetli və didaktik oyunlar, bədii təfəkkürün və nitqin inkişafı, gimnastika və fiziki mədəniyyət.

Burada tədris rus dilində aparılır və aylıq ödəniş 150 manat təşkil edir. Əlaqə nömrəsi: (055) 297-61-94.

 

“Nako” uşaq bağçası

1 yaşdan yuxarı uşaqlar bağçaya, 3 yaşdan yuxarı uşaqlar isə hazırlıq qrupuna qəbul olunur.

Bağça iki qrafikdə çalışır - yarım gün (09:00-dan 13:00-dək) və tam gün (09:00-dan 18:00-dək). Aylıq ödəniş müvafiq olaraq 120 və 180 manat təşkil edir. Burada uşaqların erkən inkişafı üçün rəsm və ingilis dili dərsləri tədris edilir. Qeyd edək ki, valideynlər burada olan uşaqlarına kameralar ilə nəzarət edə bilər.

Bağça iki ünvanda yerləşir: 43-cü məhəllə (SDU-nun yaxınlığında) və 9-cu mikrorayon, 23 saylı məktəbin yanında.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
05 noyabr 2026, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
05 noyabr 2026, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
05 noyabr 2026, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
05 noyabr 2026, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
05 noyabr 2026, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Oxşar xəbərlər