Azərbaycan Basketbol Liqasında 15-ci tur başa çatıb. Bu haqda 18 mart tarixində Sumqayıt24 Basketbol Federasiyasına istinadən məlumat verir.
"Sumqayıt" turun sonuncu matçında səfərdə “Şəki” komandası ilə qarşılaşıb. Görüş "Gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib – 98:83.
Bu nəticədən sonra “kimyaçılar” 20 xalla 7-ci sırada qərarlaşıblar.