“Sumqayıt” minifutbol komandasının oyunçusu mükafatlandırılıb. Bu haqda 24 fevral tarixində Sumqayıt24 məlumat verir.
“Kimyaçılar”ın futbolçusu Bayram Nuruzadə ölkə çempionatında yanvar ayının ən yaxşı qolunun müəllifi seçilib. Ona Minifutbol Federasiyası tərəfindən xatirə hədiyyəsi və pul mükafatı təqdim edilib.