Sumqayıtın qadın idmançıları stolüstü tennis üzrə ölkə çempionatında uğurla çıxış ediblər. Bu haqda 9 aprel tarixində Sumqayıt24 Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Şüa” idman kompleksində Azərbaycan çempionatı baş tutub. Qadınlar arasında təşkil olunan yarışında “Sumqayıt-1” kollektivi qələbə qazanıb. “Bakı-1” 2-ci, “Bakı-2” ilə “Sumqayıt-2” 3-cü pillədə qərarlaşıb.
Ölkə çempionatında fərqlənən idmançılara mükafatlar təqdim olunub.