G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda gözlənilən idman tədbirlərinin cədvəli tərtib edilib. Sumqayıt24 bu haqda 27 fevral tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Afişa ilə aşağıda tanış ola bilərsiniz:
- Qılıncoynatma üzrə şəhər turniri – 28 fevral saat 16:00 (Sumqayıt Dövlət Universitetinin III tədris korpusu);
- Stolüstü tennis üzrə şəhər turniri – 29 fevral saat 16:00 (“Qarabağ NN” stolüstü tennis bazası);
- Şahmat üzrə tempo turniri – 2 mart saat 10:00 (2 nömrəli UGİŞM);
- Boccia üzrə nümunəvi çıxışlar – 2 mart saat 14:00 (Paralimpiya İdman Kompleksi);
- Voleybol üzrə şəhər turniri – 3 mart saat 11:00 (20 nömrəli məktəb);
- 3x3 basketbol üzrə könüllülər arasında şəhər turniri – 3 mart saat 11:00 (1 nömrəli İOEUGİŞM).
Qeyd edək ki, bütün tədbirlər 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunur.