top
Sumqayıtın futbolçusu azərbaycanlılarla yaponların fərqindən danışıb – MÜSAHİBƏ
27 fevral 2024, 06:30
- +

"Sumqayıt"ın futbolçusu azərbaycanlılarla yaponların fərqindən danışıb – MÜSAHİBƏ

"Sumqayıt"ın legioneri Masaki Murata müsahibə verib. Sumqayıt24 bu haqda 27 fevral tarixində Sport24.az-a istinadən xəbər verir.

Yapon futbolçu son matçla bağlı fikirlərini bölüşüb, həm də azərbaycanlılarla yaponların fərqindən danışıb. Müsahibəni təqdim edirik:

- Qış fasiləsindən sonra məğlubiyyətsiz seriya yaxalamışdınız. Amma son turda "Qarabağ"a yenildiniz. Rəqibdən, heç olmasa, 1 xal qoparmaq üçün nə çatmadı?

- "Qarabağ"ın gücü hamıya bəllidir. Onlar haqqında əlavə nəsə deməyə ehtiyac yoxdur. Buna rəğmən "süvarilər"lə oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz döyüşkən oyun sərgiləmək və Sumqayıta sərfəli nəticə ilə qayıtmaq idi. Qarşılaşmaya yaxşı başladıq. Rəqibi təzyiq altında saxlaya bildik. İlk yarı 0:0 bitəndən sonra da nikbin idik. Fasilədən sonra daha açıq futbol sərgiləyib qol vurmaq istədik. Rəqib isə bundan yararlanıb 2 dəfə bizi məyus edib qələbə qazandı. Pis oynamadıq, amma məğlub olduq.

- Bu məğlubiyyət əhvali-ruhiyyənizi aşağı salmayacaq?

- İstənilən məğlubiyyət təsirsiz ötüşmür. Amma çempionat bir oyundan, bir məğlubiyyətdən asılı deyil. Nikbin olub irəli baxacağıq.

- "Qarabağ" sizdən 18 xal öndədir. Necə düşünürsən, Qurban Qurbanovun komandasını erkən çempionluq münasibətilə təbrik etmək olar?

- Başqa komandanın necə oynaması haqqında danışmaq mənim işim deyil. Hesab edirəm ki, bu bərədə fikir bildirmək, ümumiyyətlə, düz deyil.

- Bir yapon olaraq Azərbaycanda legioner həyatı yaşamaqdan məmnunsan?

- Keysuke Hondadan sonra ölkənizdə top qovan ikinci yaponam. Düşünürəm ki, burada bizi hər şey qane edir. İnsanlarınız ünsiyyətçil və istiqanlıdırlar. Özümüzü Avropadakı kimi hiss edirik.

- Milli yeməklərimizdən favoritlərin hansıdır?

- Yemək çeşidləriniz çox və dadlıdır. Amma daha çox paxlava və yerli dondurmanızı xoşlayıram.

- Səncə, azərbaycanlılar hansı xüsusiyyətlərinə görə yaponlardan fərqlənirlər?

- Biz, yaponlar daha çox utancağıq. Ona görə də emosiyalarımızı gizlətməyə üstünlük veririk. Amma azərbaycanlılar daha özgüvənlidirlər və emosional çıxışları ilə diqqət çəkirlər.

 

 

Son xəbərlər

İdman
Bu gün, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Bu gün, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Bu gün, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Bu gün, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Bu gün, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Bu gün, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Bu gün, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Bu gün, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Bu gün, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Bu gün, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Bu gün, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

Oxşar xəbərlər