“Sumqayıt” futbol klubunun müdafiəçisi milliyə dəvət alıb. Bu haqda 18 mart tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.
Azərbaycanın U-21 futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə qarşılaşacaq. Futbolçumuz Ayxan Süleymanlı millinin 18-26 mart tarixlərində Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.