16 yaşadək voleybolçu qızların birinciliyinin 1/4 final mərhələsinin oyunu baş tutub. Bu haqda 16 mart tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Voleybol Federasiyasının idman zalında “Sumqayıt” və “AZERRAIL-2” komandaları qarşılaşıb. Təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Sumqayıt” yarımfinala yüksəlib.
Ümumilikdə turnirdə 17 komanda mübarizə aparıb.