Sumqayıtda iki qadının mobil telefonu oğurlanıb. Sumqayıt24 bu haqda 19 yanvar tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
4-cü Polis Bölməsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Aslan Cavadov saxlanılıb. Ondan metamfetamin də götürülüb.
Araşdırma aparılır.