İnşaatçılar qəsəbəsində yolların yararsız vəziyyətdə olması sakinlərə çətinlik yaradır. Bu haqda 26 fevral tarixində Sumqayıt24 xəbər verir.
Qəsəbənin Yenikənd küçəsində asfalt örtüyü yoxdur. Sakinlərin sözlərinə görə, küçə baxımsız qalıb.
“Bu yolla biz necə işə, uşaqlar isə məktəbə getsinlər? İstidə toz, yağışda palçıqdan ərazidə hərəkət etmək olmur. Yolun təmiri üçün bir neçə dəfə aidiyyəti üzrə müraciət etmişik, lakin baxan yoxdur”, – deyə şikayətçilər bildiriblər.